Çay qəhvədən daha zərərsizdir. Amma çay barədə də bilməli olduğunuz məqamlar var.
“Medicina” xəbər verir ki, qara çayda tonin adlı maddə orqanizmdə çox toplandıqda, dəmir, sink və kalsiumu məhv edir. Bu zaman ciddi vitamin defisiti yaşanır.
Toninlər B1 vitaminini blok edir. Bildiyiniz kimi, B1 vitamin çatışmazlığı əsəbilik, narahatlıq, stress verir. Gecələr yatdığınız zaman yuxuda kabuslar görə bilərsiniz. Ayaqlarda narahatlıq sindromu yaradır.
Ümumiyyətlə, B1 vitaminini orqanizmdə blok edən bir çox qidalar və içkilər var. Bunlardan əsası qəhvə və çaydır.
Eləcə də tonin B12 vitaminini məhv edir, bu da anemiya, qanazlığı, sinir problemləri yaradır.
B1 vitaminini orqanizmdə tükədən digər səbəblər: çiy balıq, məsələn suşilər, antibiotiklər, antasidlər, sidikqovucular, qıcolma əleyhinə dərmanlar, virus vaksinləri və s.
Çaylardakı ikinci problem isə tərkibindəki ağır metallardır; aliminium, qurğuşu və arsen. Ağır metalların olması çayın mənbəyindən asılıdır. Çin çaylarında bu daha çoxdur.
Bir çox araşdırmalara görə, Çində yetişdirilən çayların tərkibində ağır pestisit kütləsi də var.
Çay aldıqda onun mənbəyinə diqqət yetirilməlidir. Yaponiyada becərilən çay daha zərərsiz və kefiyyətlidir.
Üçüncü zərər hazır çay paketləridir. Bu paketlər kanserogen olan epixlor hiddonla ağardılır.
Çay sevərlər B1 vitamini qəbulunu unutmasınlar. Əgər çox çay içirsizsə, B1 və B12 nəzarətdə olmalıdır.
Günay Quluzadə