Biorevitalizasiya cavan qalmaq üçün xanımların müraciət etdiyi kosmetoloji korreksiyaedici müalicə üsullarından biridir.
Biorevilitizasiyadan nə vaxt istifadə olunmalıdır?
Nə kimi faydaları var?
Yuxarıda da qeyd etdiyimiz kimi,biorevitalizasiya yaşlanma əleyhinə tətbiq olunan kosmetoloji üsuldur. Biorevitalizasiya proseduru zamanı,dəriyə qialuron turşusu yeridilir.Bizim də bildiyimiz kimi, hüceyrə bölünməsi yaşa dolduqca tədricən azalır və dayanır.Bu zaman da,yeni hüceyrələr yaranmadığı üçün,dəri öz funksionallığını itirir və qırışlar yaranır.Qialuron turşusu da,hüceyrə bölünməsini təmin edir.Beləliklə də,dərinin qırışıqlanmasının qarşısı alınır və dəri əvvəlki fəaliyyətini davam etdirir.
Həmçinin hüceyrə bölünməsi təkcə yaşla bağlı deyil,həyat tərzi–stress və əsəb,düzgün qidalanmama,oturaq həyat tərzi də hüceyrə funksionallığına və biləvasitə qocalmağa təsirini göstərir. Bu səbəbdən,biorevitalizasiyadan qocalmanın qarşısını almaqda və bərpa etməkdə istifadə edilir.
Məsləhətlisi budur ki,35 yaşdan sonra həyat tərzinizi yaxşıya doğru dəyişsəniz belə,biorevitalizasiyadan istifadə edəsiniz.
- Biorevitalizasiyanın tətbiqi üçün əsas səbəblərdən biri qırışlardır.Qialuron turşusu anadangəlmə hüceyrədə olur.Lakin,yaşlanma,stress və zərərli vərdişlər bu turşunun azalmasına gətirib çıxarır.
Yaş ötdükcə dərimiz quruyur,elastikliyini itirir və buna görə də qırışlar yaranmağa başlayır.Bunun qarşısını almaq biorevitalizasiyanın tətbiqi üçün əsas səbəblərdən biridir.Dəri quruluğunun qarşısını almaq üçün qialuron turşusu yeridilir. Bu turşu,dərinin nəmləndirilməsində böyük rol oynayır.
-
BİOREVİTALİZASİYANIN FAYDALARI
Dəri növündən asılı olaraq biorevitalizasiyanın qalıcılıq müddəti dəyişir.3-6 ay müddətində onun effektivliyi qalsa da,bu müddət bir neçə ilə qədər artırıla bilər. Bu müddət, şəxsin yaşından,qidalanmasından və həyat tərzindən də Biorevitalizasiyanın qalıcılıq müddəti ərzində dərinin elastikliyi artır,xırda qırışlar tamamilə yoxa çıxır və dəri hamarlaşır.Bundan əlavə, biorevitlizasiya qırışları yox etməkdən əlavə,onların yaranmasının da qarşısını alır.
Kosmetoloq Fəridə Kərimova
Bioloji Təbabət Klinikasının həkim kosmetoloqu