Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Cavanlıq kodu” məhsullar – Xərçəngə qarşıdır

  • 2023.04.19 14:19
  • 3105 Baxış
“Cavanlıq kodu” məhsullar  – Xərçəngə qarşıdır
Bu məhsullar “cavanlıq kodu” adlanır. Onlar daha çox xərçəng xəstəliyinin qarşısını alır və yaşlanma prosesini ləngidir.
“Medicina” xəbər verir ki, ümumilikdə qidalanan zaman bu məhsullara önəm vermək lazımdır.


Böyük Britaniyanın Liverpul Universitetinin bir qrup tədqiqatçısı bir sıra nümunələrin genişmiqyaslı genetik analizini aparıb. Bu, yaşlı hüceyrənin genlərinin xərçəng hüceyrəsinin genlərinin aktivliyindən çox fərqli olduğunu göstərdi.

Son vaxtlara qədər tibb ictimaiyyətində yaşlanan toxumalarda bədxassəli patologiyanın görünmə ehtimalının yüksək olmasının mutasiyalara bağlı olduğuna inanılırdı. Güman edilirdi ki, təkrar bölünmə zamanı hüceyrə getdikcə daha çox genetik qüsurlar və pozulmalar toplayır ki, bu da gec-tez onun xərçəngə çevrilməsinə səbəb olur.

Bu araşdırmanın nəticələri xərçəng və qocalma arasındakı əlaqəyə dair ənənəvi fikirlərə ziddir.

Həkim – onkoloq cərrah İvan Karasyevin sözlərinə görə, dərimizin hamı tərəfindən tanınan “gənclik kodu” olan ubiquinone (koenzim Q10) siyənək balığını pəhrizə daxil etməklə əldə edilə bilər. Fıstıq, küncüt və püstədə də bu maddə olur.

Koenzim Q molekulları 2 membranlı hüceyrə orqanoidlərində sabit enerji axını yaradır və onları oksidləşdiricilərin zəhərli təsirlərindən qoruyur.

Süd məhsulları və yumurta da çox orta səviyyədədir.

Xərçəngə gəldikdə isə heyvan zülal məhsulları bədənimizə daxil olduqda, insulinə bənzər böyümə faktoru aktivləşir. Bu hüceyrələrin böyüməsini və çoxalmasını stimullaşdırır. Xərçəng də daxil olmaqla, birdən-birə bədəndə özünü biruzə verir .

Məhz buna görə də aşağı proteinli pəhriz “xərçəng əleyhinə” kimi təqdim edilir.

Sabitliyi və normal DNT sintezini qorumaq üçün (yəni sağlam yeni hüceyrələrin yaranması üçün B vitaminləri (B3, B9, B12), həmçinin sink və maqnezium mühüm rol oynayır. B12 vitamini yalnız heyvan mənşəli məhsullarda olur.
Hər gün təzə göyərti, qoz-fındıq, toxumlulardan küncüt, günəbaxan, balqabaq yeyirsinizsə, bədən sadalanan maddələrin qalan hissəsini alacaqdır. Həftədə bir neçə dəfə balıq və ya digər dəniz məhsulları maqnezium və faydalı Omeqa-3 turşularının mənbəyidir.

Günay Quliyeva