Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cavanlığında çox işləyənləri gələcəkdə nə gözləyir?

  • 2024.04.06 16:02
  • 1438 Baxış
Cavanlığında çox işləyənləri gələcəkdə  nə gözləyir?
Qeyri-stabil, uzun və dağınıq iş qrafiki olan gənclər yaşlandıqda bir sıra problemlərlə üzləşə bilər.


“Medicina” xəbər verir ki, Nyu-York Universiteti alimləri yeni araşdırmaları nəticəsində bu adamların 50 yaşdan sonra depressiya və yuxusuzluqdan əziyyət çəkdiyini deyib.


Alimlər 7000 insanın psixi və fiziki möhkəmliyini yoxlayıblar.

Və inların karyera və qrafiki barədə məlumat toplayıblar.

26% iştirakçı gənclik illərində standart qrafik üzrə stabil rejimdə, gündə 7 saat işləyib.

35% analoji qrafiklə, amma həftədə daha çox iş saatı və ya əlavə işdə də çalışıb.

17% isə 20 yaşından qrafiksiz, daha çox saat işləyib.

Nəticələr göstərib ki, uzun saat, dağınıq qrafikdə işləyənlər daha çox depressiya və yuxusuzluqdan əziyyət çəkib.

Xüsusən psixi problemlər artır. Ən çox neqativ nəticələr 30 yaşdan belə qrafiklə işləyənlərdə olub.

Alimlər insanları gənclikdən stabil, standart qrafik seçməyə və həftədə 38-40 saatdan artıq işləməməyi tövsiyə edir.


Aygün Musayeva