Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cavanlaşdırıcı preparatlar xərçəng yaradır?

  • 2022.10.25 21:25
  • 1523 Baxış
 Cavanlaşdırıcı preparatlar xərçəng yaradır?


Məşhur gəncləşdirmə iynələri, preparatları gələcəkdə şiş törədə bilər.

"Medicina" xəbər verir ki, amerikalı alimlər populyar cavanlaşdırıcı preparatların təsirini açıqlayıb.

Bu preparatların zombi hüceyrələrə təsiri araşdırılıb.

Bioloji nöqteyi nəzərindən qocalma zədələnmiş qoca hüceyrələrin bir yerə toplanmasıdır, onlar müntəzəm olaraq orqanizm tərəfindən xaric olunmalıdır.

Təəssüf ki, insan qocaldıqca bu hüceyrələr çoxalır, toplanır və elmdə onlara zombi-hüceyrələr deyilir.

Onların bir yerə toplanıb birləşməsi nəticəsində iltihabi proseslər, artrit, artroz, qocalıq əqli geriliyi, görmə azalması başlayır.

Kaliforniya universitetinin alimləri qocalıq əleyhinə dəri altına yeridilən preparatların zombi hüceyrələrə təsir edib, onları filtrasiyadan keçirmədən orqanizmdən çıxardığını, nəticədə bədənin baryerdən məhrum olduğunu bildirir.
Bu zaman orqanizmə yad hüceyrələr düşür və xərçəngə kimi gedib çıxa bilir.

Ona görə də qocalıq əleyhinə tabletlər, inyeksiyalar ciddi seçilməli, faydalı, sağlam hüceyrələrə toxunmamalıdır.


Aygün Musayeva