Bu gimnastik hərəkətlər mütəmadi edildikdə insanı cavanlaşdırır
Energetik qimnastika insanın 5 dəqiqə vaxtını aparan sadə hərəkətlərdən ibarətdir. Bu hərəkətləri uzanaraq və ayaqüstə etmək olar. Gimnastika hərəkətləri haqda belə əfsanələr gəzir ki, mütəmadi edildikdə insan cavanlaşır. Energetik gimnastika sayəsində bədənin enerjik "zibilindən” azad olmaq və kanalları açaraq yeni enerji əldə etmək mümkündür.
Bu hərəkətlərin yerinə yetirdikdən sonra insanın energetik aurasının cihazlarla tədqiq edildikdə onun bütünlükdə mavi rəng aldığını görmək mümkündür.
Hərəkət 1.
Ayaq pəncəsini 4 dəfə hər iki istiqamətdə fırladın.
Hərəkət 2.
Ayaqlarınızı dizdən hər iki tərəfə 4 fərə fırladın.
Hərəkət 3.
Bud-çanaq oynağını hər iki tərəfə 4 dəfə olmaqla fırladın.
Hərəkət 4.
Bel hissənizi azacıq yataqdan qaldıraraq hər iki tərəfə 4 dəfə olmaqla fırladın.
Hərəkət 5.
Əl biləkləriniz hər iki tərəfə 4 dəfə fırladın.
Hərəkət 6.
Dirsəklərinizi hər iki istiqamətdə 4 dəfə fırladın.
Hərəkət 7.
Çiyin oynağınızı dairəvi olmaqla hər iki istiqamətdə 4 dəfə hərəkət etdirin.
Hərəkət 8.
Başınızı 4 dəfə ünə-geriyə doğru hərəkət etdirin. Daha sonra başınızı 4 dəfə saat əqrəbi və əksi istiqamətində fırladın.
Hərəkət 9.
Gözlərinizi 4 dəfə saat əqrəbi istiqamətində və əksinə fırladın.
Hərəkət 10.
Yataqdan dirsəklərinizlə özünüzə dayaq verərək çanağınızı azacıq qaldırın, bir müddət belə qalın. Bu zaman onurğanız azacıq dartılacaq.
Energetik gimnastikanı yaxşı olardı ki, az-az, öyrəşərək edəsiniz. Belə olduqda siz özünüzü gümrah və xoşbəxt hissi etməyə başlayacaqsınız.
Arzu
Medicina.az