Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cavanlarda bağırsaq xərçəngi - daha aqressivdir

  • 2023.06.06 16:17
  • 1552 Baxış
Cavanlarda bağırsaq xərçəngi    - daha aqressivdir
Son illər gənclər arasında kolorektal xərçəng halları artmaqdadır. Elm hələ də bunun dəqiq səbəblərini bilmir. Qeyr-sağlam pəhrizlər, piylənmə və oturaq həyat tərzi səbəb kimi müzakirə edilir.


Bakteriya və göbələklər də bağırsaq xərçənginə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, həkim onkoloq Andrey Vororbyovun sözlərinə görə, bir çox insan piylənmə və diabeti günahlandırır. Digər tərəfdən, marafonlarda qaçan və düzgün qidalanan insanlar arasında da xəstələr var. Buna görə də, tədqiqat bakteriya, virus və ya göbələklərlə yoluxmanın üzərində dayanıb.


“Kolorektal xərçəngi olan gənc xəstələrdə göbələk üç dəfə daha çox rast gəlinir. Cladosporium spaerospermum kif göbələyidir. İnsanlarda və ya heyvanlarda toxumaların zədələnməsi, dəri infeksiyaları və ya dəri altında düyünlərin əmələ gəlməsinə səbəb olur. Gənc və yaşlı kolorektal xərçəng xəstələri arasında intratumoral mikrobiomada əhəmiyyətli fərqlər var.”

Günay Quluzadə