Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsana cavan qan köçürülməsinin faydası varmı – DRAKULA METODU

  • 2018.10.05 17:43
  • 2849 Baxış
İnsana cavan qan köçürülməsinin faydası varmı –  DRAKULA METODU
London Tibb Universitetinin alimləri cavan qanın yaşlı insanlara və heyvanlara köçürülməsi ilə bağlı təcrübələrinin nəticələrini nüfuzlu elmi dərgidə çap ediblər.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, genetik Linda Patric bəyan edib ki, çoxlarının " Drakula metodu” dediyi bu metod heç də zarafat və mif deyil, elmi və tibbi baxımdan perspektivli istiqamətdir. 


10 il əvvəl siçanlar üzərində aparılan təcrübə uğurlu olub. Bioloqlar qoca və cavan siçanların bir neçə qan damarını bir-birinə tikib, bu yolla bir siçandan digərinə qan ötürülüb. Elmdə buna parabioz deyilir. Məlum olub ki, yaşlı siçanın hüceyrələri cavanlaşıb. Təcrübə davam etdirilib və siçanın beyni, onurğa beyni və qaraciyərinin cavanlaşmasına nail olunub.


Professor Patric dünyada keçirilən bu tip təcrübələrin məlumatlarını analiz edərək, cavan siçan qanı köçürülmüş yaşlı siçanların orqanizmində baş vermiş dəyişikləri ümumiləşdirmişdir:


-Beynin yaddaşa cavabdeh hissəsinin aktivləşməsi

-Qaraciyərin, əzələlərin, sümük və toxuma sisteminin gəncləşməsi

-Qanda pis xolesterinin azalması, ürək əzələsinin yaxşılaşması

-Onkoloji xəstəlik yaradan CEA zülalının 20% azalması


Bu nəticələr onu deməyə əsas verir ki, " Drakula metodu” insanlarda bu kimi xəstəlikləri sağaltmağa kömək edə bilər. İnsan ömrünü uzadıb, onun daha gənc qalmasını təmin etmək olar. 


Bu yolla xərçəng, Alsmeyger, Parkinson və digər yaşla bağlı xəstəliklərin də qarşısını almağın mümkünlüyü təcrübə olunmalıdır.