Su bir çox canlı orqanizmlərin yaşaması üçün vacib olan elementlərdən biridir. Təsadüfi deyil ki, həkimlər və diyetoloqlar sağlam olmaq istəyən hər kəsə gün ərzində 2 litrə qədər su içməyi tövsiyə edirlər. Lakin burada bir məqam var. İçilən su ekoloji cəhətdən təmiz, eyni zamanda da minerallarla və oksigenlə zəngin olmalıdır. Əks təqdirdə sizin qəbul etdiyiniz su sağlamlığınızda bir sıra problemlərə yol aça bilər.
Medicina.az xəbər verir ki, sadalanan xüsusiyyətlərə malik su bitkilərin və heyvanların məhsuldarlığını artırır. Oksigenlə zəngin olması sayəsində bakteriya və virusların çoxalmasının qarşısını alaraq xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Tərkibində olan minerallar isə zədələnmiş hüceyrələrin bərpasını təmin edir və yaşama keyfiyyətini artırır.
Müasir zamanda marketlərin piştaxtalarında "canlı su” adı ilə sənayedə istehsal edilmiş müxtəlif su çeşidlərinə rast gəlmək mümkündür. Bu sular çox vaxt termik istehsaldan keçmiş, xüsusi maddələrlə dezinfeksiya olunmuş və çokdürülmüş və ya distillə edilmiş olur. Lakin sadalanan hallarda su öz xeyirli xüsusiyyətlərini itirir və əksinə orqanizm üçün zərərli bir maddəyə çevrilir. Belə suyu qəbul etmək isə orqanizm və ifrazat orqanları üçün əsl "cəza”ya çevrilir.
"Canlı su” - təbiətdə rast gəlinən dağlardan gələn ərimiş qar və ya buzlaq suları, yer altından çıxan təbii bulaqlar, çaylar və s.dir.
İçilən suyun orqanizmə faydalılığı 6 əsas amildən asılıdır:
1. Su təmiz olmalıdır
2. Enerjili olmalıdır
3. Oksigenlə zəngin olmalıdır
4. Mineral maddələrlə zəngin olmalıdır
5. pH səviyyəsi normada olmalıdır
Birbaşa olaraq təbii qaynaqlardan su əldə etmək mümkün olmadıqda istifadə etdiyiniz krant suyunu yenidən canlandırıb istifadə etmək mümkünüdür.
Bu üsullara aşağıdakılar aiddir:
1.Sentrefuqa üsulu. Suyun müəyyən bir istiqamətdə sürətlə fırladılmasıdır. Bu üsul təbiətdə rast gəlinən burulğanı xatırladır. Bu zaman su enerji qazanır, oksigenlə zənginləşir.
2. Maqnetik sahə üsulu. Təbii halda yerüstü və yeraltı çaylarla sürətlə hərəkət edərkən yerin təbii maqnetik sahəsinin təsirinə məruz qalır. Beləliklə də maqnetik yüklənmə suya keçir və su maqnitləşmiş olur.
Su qablaşdırılmaq üçün toplandığında filterdən keçirildiyi və borularla hərəkət etdiyi üçün demaqnetizə olur.
3.Təbii minerallarla zənginləşdirmə. Suyu yenidən canlandıran ən önəmli yöntəmlərdən biri də suya təbii mineralların əlavə edilməsidir. Minerallar suyun həm də pH səviyyəsini tənzimləyir.
Bir çoxları elə düşünür ki, suyun yeganə təmizlənmə üsulu onu yaxşıca qaynatmaqdır. Amma bu təmamilə yanlış fikirdir. Çünki su qaynadıldıqda zərərli mikroblarla yanaşı tərkibində olan oksigeni və mineral maddələri də itirir. Davamlı olaraq qaynadılmış sudan istifadə isə bir çox xəstəliklərə zəmin ola bilər.
Ev şəraitində "canlı su” əldə etmək çox sadədir. Bunun üçün plastik butulkaya krant suyu doldurun. Onu dondurucuya qoyun. Tam donduqdan sonra isə əridib süzərək istifadə edin. Bu yolla əldə edilən suda zərərli mikroorqanizmlər məhv olur, minerallar isə qorunub saxlanır.
Arzu
Medicina.az