Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Canlı qanın mikroskopiyası Analizi nədir?

  • 2023.09.29 17:59
  • 2436 Baxış
Canlı qanın mikroskopiyası  Analizi nədir?


Canlı qanın mikroskopiyası (qaranlıqsahəli mikroskopiya) - qanda həmin an baş verən bütün prosesləri canlı izləməyə imkan verən keyfiyyət analizdir. Monitorda pasientin özü qanında nə baş verdiyini canlı müşahidə edir.

Yorğunluq, halsızlıq, tez-tez baş ağrıları, gün ərzində yuxululuq, yaddaşın zəifləməsi, diqqətin yayınması, immunitetin zəifləməsi, yuxusuzluq, depressiya, yüksək qan təzyiqi, dəri səpkiləri - qan keyfiyyətinin pozulmasının ən erkən əlamətləridir.


"Medicina" xəbər verir ki, qan keyfiyyətinin pozulması, qatılığının artması onun transport funksiyasını pisləşdirir və beyin, ürək, qaraciyər, böyrəklərdə oksigen, vitamin, mineral defisiti yaradaraq, mühüm mübadilə proseslərini əngəlləyir, xroniki xəstəliklərə yol açır.


QANIN KEYFİYYƏT DƏYİŞİKLİKLƏRİNİN SƏBƏBLƏRİ:

- az su qəbulu, aşağı keyfiyyətli su;
-ferment çatışmazlığı (öd axınının pozulması, qaraciyər - mədəaltı vəz - bağırsaq disfunksiyası)
-çox miqdarda şəkərli qida və içki
- aşırı karbohidratlı qida (ağ çörək, kartof, makaron və s.), ət, konservant və s. qida əlavələri
-transyağlar (marqarin, qızardılmış qidalar, mayonez, tort və s. yağlı şirniyyatlar)
- maqnezium, lesitin, vit.C, sink, selen, yod, digər vitamin və mineralların çatışmazlığı - rasionda az miqdar tərəvəz, göyərti, meyvə
-parazitoz (parazit toksinlərinin qana keçməsi qırmızı qan hüceyrələrinin (eritrositlərin) zədələnməsinə və bir- birinə yapışmasına, qanın qatılaşmasına və bütün orqanizmin intoksikasiyasına səbəb olur);
- radiasiya (kompüter, mobil telefonlar...) - stress (kapilyarların davamlı spazmına gətirir) - zərərli vərdişlər (nikotin, alkoqol) - qəzəb, kin, aqressiya


Qan qatılığı artdıqda qırmızı qan hüceyrələri bir-birinə yapışaraq qəpik sütunları şəklində qruplaşır. Bu qruplar o qədər böyükdür ki, kiçik arteriyalarda ilişib qalır, hüceyrələri qidalandıran kapilyarlara keçə bilmir və ucqar nahiyələrdə yerləşən hüceyrələr oksigen aclığı (hipoksiya) yaşayır.

İstənilən kapilyarın diametri bir eritrositin diametrindən kiçikdir və orqanizmin onu kapilyar boyunca itələmək üçün xüsusi mexanizmi var. Qruplaşmış eritrositlərin kapilyarda irəliləməsi çətinləşir, orqanizm bu sütunları parçalamaq üçün mücadilə aparır. Kapilyar şəbəkəsinin uzunluğunun təxminən 100.000 km olduğunu nəzərə alsaq orqanizm nə qədər enerji sərf etdiyi aydın olur. Tədricən orqanizm kompensasiya mexanizmlərini işə salır: ürək atımı artır, ürək və qan damarlarına düşən yük artır, qan təzyiqi yüksəlir.

Qanın qatılaşması və eritrositlərin yapışması bütün patoloji proseslərin başlanğıc nöqtəsidir. Ən böyük hədəf isə– ürək-damar sistemidir.

Bu baxımdan qan keyfiyyətinin yaxşılaşdırılması, qanın durulaşdırılması çox vacib tədbirdir. Kimyəvi dərmanların uzun müddət istifadəsi qaraciyər, bağırsaq, böyrək xəstəliklərinə, qocalıq demensiyasına təkan verə bilər. Həm də tək dərman qəbulu – birtərəfli yanaşmadır, çünki yalnız nəticə ilə mübarizədir. Problemin kompleks şəkildə, kökündən həlli üçün pəhrizi dəyişmək, su rejiminə riayət etmək, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətini dəstəkləmək, parazitlərdən qurtulmaq, toksin səviyyəsini azaltmaq vacibdir.

Qanın qaranlıqsahəli mikroskopiyası ilə neqativ dəyişiklikləri zamanında aşkarlamaq, dietoterapiya və təbii tərkibli preparatlar ilə orqanizmi drenaj-detoksikasiya etmək, qida və su rejimini tənzimləməklə qanın qatılaşması ilə yaranan problemlərdən azad olmaq, qəfləti ürək-damar krizlərindən qorunmaq mümkündür. Dahilərdən biri demiş: ən effektiv müalicə - profilaktikadır. İstənilən problemin erkən aşkarlanıb aradan qaldırılması insanı xroniki xəstəlikdən və uzun-uzadı, bəzən isə nəticəsiz müalicədən azad edə bilər.

Qulaq sırğalığından 1-2 damla qan almaqla 15 dəqiqə ərzində orqanizmdə gedən bir çox proseslərdən xəbərdar olub, qidalanma və həyat tərzinin korreksiyası üçün tövsiyyələr, detoksikasiya proqramı ala bilərsiniz.


Aygün Musayeva