Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çandipur virusu – Hindistandan dünyaya yayıla bilərmi?

  • 2025.01.31 07:58
  • 546 Baxış
Çandipur virusu  – Hindistandan dünyaya yayıla bilərmi?

Hindistanda yayılan, artıq onlarla insanın ölümünə səbəb olan və Çandipur adı verilən virusunun Rusiyaya və ordan da yaxın ölkələrə yayılma riski varmı?

“Medicina” xəbər verir ki, Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, professor Vladimir Nikiforov naməlum infeksiyanın məlum risklərindən danışıb.

“Epidemioloji təhqiqat xəstəliyə hansı patogenin səbəb olduğunu hələ müəyyən edir. Çandipur virusundan şübhələnməyə əsaslar var.

Virus Rusiyada olmayan ağcaqanadlar tərəfindən daşınır. Bu o deməkdir ki, onun ölkəmizdə yayılması istənilən hava şəraitində - istər soyuq qışda, istərsə də isti mövsümdə istisna edilir. Bu virus yeni deyil, 1965-ci ildə Hindistanın ucqar kəndində aşkar edilib və o vaxtdan bəri nə epidemiya, nə də pandemiya olmayıb.

Əksər xəstələr üçün infeksiya yüngül keçib və yalnız bəzi hallarda ciddi fəsadlara gətirib çıxarır.

90%-i bu xəstəlikdən ambulator şəraitdə, ayaq üstə, hətta xəstə olduqlarının fərqinə varmadan sağalırlar”.

Aygün Musayeva