Astaranın Şüvi kəndinə canavarın hücumu nəticəsində yaralanan şəxslərin xəstəxanadan fotoları yayılıb.
Medicina.az BakuPost istjinadən xəbər verir ki, kəndin sakini, məşhur müəllim Həbib Əlizadə ilk dəfədir, belə hadisə yaşandığını deyib. Onun sözlərinə görə, kənddən 4 nəfər yaralanıb. Onlardan biri də 9-cu sinif şagirdi Rafiqdir.
"Lənkərandan Astaraya doğru hücum edib, qarşısına çıxanı yaralayıb, quduz olduğu deyilir. Hazırda xəstəxanadayıq”.
Qeyd edək ki, Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib. 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətləri qənaətbəxşdir.