Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çanaq və onurğanın bir tərəfə əyilməsinin səbəbləri - Video

  • 2023.11.14 14:46
  • 5371 Baxış
Çanaq və onurğanın bir tərəfə əyilməsinin səbəbləri  - Video

Çanaq əyilməsi və ayaqların əyri basılması uşaq və yeniyetmə dövründən başlayıb, sonradan ciddi onurğa problemlərinə səbəb olur.

“Medicina” xəbər verir ki, çanaq və onurğa əyilməsinin səbəbləri barədə International Hospitalın həkim-fizioterapevti Camal Ramizov açıqlama verib.


“Ayaqda yastıpəncəlik, düz daban, əyrilik, qısalıq varsa, bu avtomatik olaraq, yerişi pozur, insan ya ayaqları içəri, ya yanlara basıb gəzir. Bu əyrilik zamanla çanağı və avtomatik olaraq onurğanı dartıb əyməyə başlayacaq. Vaxtında üstünə düşüb həll etmədikdə yuxarılara doğru keçəcək.


Deməli, ayağımızın barmağından tutmuş başımıza kimi bir-birinə bağlıdır. Hamısı bir-birinə basqı edərək bütün onurğa və baş beyində problemlərə səbəb olur.

Ona görə fizioterapevtə müraciət edib, ayaq əyriliyi, çanaq əyriliyi həm müalicəvi idman, həm də müasir aparatlarla çözülə bilər”.

Həkim fizioterapevt-həkim Camal Ramizov “Caspian International Hospital”da çalışır.

Həkimlə əlaqə: 051 205 80 28

Ətraflı videoda