Balqabağı sevməmək ən böyük ağılsızlıqdır. Çünki bu ucuz, günəş kimi parlaq, şirin qida insanın mədəaltı vəzisindən tutmuş bağırsaqlarına kimi faydalıdır.
Medicina.az uşaqdan böyüyə hər kəs üçün faydalı olan, qışın vazkeçilməz neməti balqabaqdan asan sıyıq hazırlanmasını təqdim edir. Bu sıyığı istər səhər, istər axşam yeyə bilərsiz.
Ərzaqlar:
Balqabaq – 500 qr
Buğda – 1 stəkan
Süd – 2 stəkan
Kərə yağı – 2 x.q
duz – zövqə hörə
qaynar su
Hazırlanması:
Süd qaynadılır, bura balqabağın təmizlənmiş ləti kvadrat doğranılıb qatılır və 20 dəqiqə yumşalana kimi bişirilir. Təmiz buğdanı qaynar suda bir az saxlayın ki, acılığı getsin.
Qazandakı süddə balqabaq bir az yumşalan kimi suyu süzülmüş buğdanı da əlavə edib, tam bişənə kimi odda saxlayın. Arada taxta qaşıqla qarışdırın.
Hazır olmağa 3 dəqiqə qalmış, ocaqdan götürməzdən öncə kərə yağı və duzu qatın.