Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cana dərman KÖK şorbası – Bütün ailə üçün hazırlayın

  • 2019.05.31 17:19
  • 33392 Baxış
Cana dərman KÖK şorbası –  Bütün ailə üçün hazırlayın

Bol vitaminli, uşaqlarda beyin, sümük, boy üçün vacibli, qadınlar üçün gözəllik, cavanlıq mənbəyi kökdən dadlı krem-şorba bişirmək üçün cəmi 20 dəqiqə vaxt lazım olacaq.



Medicina.az resepti təqdim edir:



Ərzaqlar:



Təzə kök – 6 ədəd

Su – 100 ml

Portağal  şirəsi – 100 ml

Qaymaq – 1 ç.q

Duz, keşniş üyüdülmüşü



Hazırlanması:



Kök təmizlənib, çox da iri olmayan tikələrə doğranılır. 

Tavanı isidib, kökü qaymaqda 3-4 dəqiqə bişirin. 



Sonra kök qazana qoyulub, üzərinə 100ml su alınır. Yumşalana kimi bişirilir. Bişənə yaxın duz, keşniş, portağal şirəsi əlavə edilir. Ocaqdan götürüb qarışdırılır. Bir az soyudulub, blenderdən keçirilir. 



Krem-şorbanı göyərti ilə bəzəyə, suxariklə süfrəyə verə bilərsiniz.