Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çalışırıq xəstələr müalicə üçün xaricə getməsin- TƏBİB direktoru

  • 2023.07.17 14:59
  • 938 Baxış
Çalışırıq xəstələr müalicə üçün xaricə getməsin - TƏBİB direktoru

"Məqsədimiz vətəndaşlarımızın tibbi xidmət üçün xaricə müraciət etməməsi, əksinə xarici vətəndaşların müalicə üçün Azərbaycana gəlməsidir"


"Medicina" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib


Onun sözlərinə görə, Azərbaycan səhiyyəsində qısa zamanda böyük nailiyyətlər əldə edilib:

"Bakı və regionlardakı tibb müəssislərində çalışan kifayət qədər peşəkar həkim və rəhbər personal var. Məqsədimiz vətəndaşlarımızın tibbi xidmət üçün xaricə müraciət etməməsi, əksinə xarici vətəndaşların müalicə üçün Azərbaycana gəlməsidir.

"Tibbi turizmin inkişafı əsas hədəflərdəndir. Çalışırıq ki, həkimlərimiz ölkə daxilində tanındığı kimi, xaricdə də tanınsın".