Yeni elmi tədqiqatın nəticələrinə görə, C vitamin ağır və orta formalı koronavirus xəstələri üçün xilas ola bilər.
Bu vitamin ciddi simptomları zəiflədə bilər.
Medicina.az xəbər verir ki, Nutrients jurnalı C vitamininin koronavirus müalicəsində effektivliyi barədə hesabat dərc edib.
Müəlliflər 100 elmi tədqiqatı araşdırıb, bir nəticəyə gəliblər: C vitamin COVİD 19 xəstələrinin həyatını xilas edə bilər və ağır simptomları yüngülləşdirir.
Yüksək dozalı vitamin C steroidlərlə müalicədən daha təsirli və ziyansızdır. Belə ki, alimlər Deksametazon qəbul edən və C vitamin infuziyası olan xəstələrin müqayisəsi aparılıb.
Müəyyən olunub ki, insan infeksiya ilə mübarizə aparanda vitamin C intensiv olaraq çox istifadə olunur və immune sistemə bu vitamin çox vacibdir. Orqanizm özü daxildə bu vitamin sinrez edə bilmir, ona görə mütləq xaricdən yüksək dozada qəbul olunmalıdır.
Koronavirusu ağır keçirən xəstələrdə bu vitamin kəskin azalır, tükənir.
İnsanda bu vitamin çatışmayanda ağır Sİnqa xəstəliyi yaranır.
Bu zaman kovid xəstələri ağırlaşır, virus orqanizmə qalib gəlir.
Nəticələr göstərib ki, reanimasiya şöbəsinə daxil olan ağır xəstələrdə də məhz Sinqa, yəni kəskin C vitamin çatışmazığı olub.
“Sinqadan xilas olmaq üçün təcili yüksək dozalı C vitamini vermək lazımdır. O ağciyərlərdə və bədəndə ola iltihab prosesinin yumşalması üçün də vacibdir” – deyə professor Pol Marik deyib.
C vitamin, steroid dərman və antikoaqulyantların birlikdə tətbiqi koviddən ölümü və ağırlaşmanı kəskin aşağı sala bilər.