İnsan orqanizmi üçün hər gün 100 qram C vitaminli meyvə-tərəvəz qəbul etmək faydalıdır.
"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva payızda vacib olan C vitamini ilə zəngin qidaları sadalayıb.
"C vitaminli qidalar oynaq problemi və artrit, artrozların qarşısını ala bilər.
Tədqiqatlar göstərib ki, C vitamini kollagenin saxlanmasını təmin edir, bu da qığırdaqlar üçün vacibdir.
C vitamini defisiti isə iltihabi artritin və oynaqların zədələnməsinə səbəb olur.
C vitamini az qəbul edənlərdə artrit riski 3 dəfə yüksəkdir.
Bu 9 qidanın qəbulu C vitamini tələbatını ödəyə bilər.
- Bolqar bibəri
- Portağal
- Kivi
- Ananas
- Kələm, brokkoli
- Gül kələmi
- İtburnu
- Lobya
- Cəfəri
Artıq artriti olan insanlara da xüsusən brokkoli və itburnu faydalıdır.
Aygün Musayeva