Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

C vitamini çatışmazlığının əlamətləri - Diş əti qanayır

  • 2021.10.22 18:10
  • 3462 Baxış
C vitamini çatışmazlığının əlamətləri -  Diş əti qanayır
Vitamin C – askorbin turşusu pandemiyada ən çox gündəmə gələn vitaminlərdəndir. Bu vaxta qədər onun vacibliyini xatırladan yox idi. Müasir insanlar kəskin avitaminozdur. C vitamini isə çox adamlarda çatışmır.

Medicina.az vitamin C faydası və defisitinin əlamətlərini təqdim edir.

Bu vitamin güclü antioksidantdır, damarlar, birləşdirici toxumanın formalaşması, dəmirin qana sovrulması üçün çox vacibdir. İmmuniteti möhkəmləndirir.

Çatışmadıqda simptomları:

- İdə 4-5 dəfə infeksion xəstəliklərə tutulmaq
- Yaraların, zədələrin izinin çox gec sağalması
- Damaqda qanama
- Bədəndə qəfil göyərmələrin yaranması
- Sümüklərin əriməsi, əyilməsi
- Ayaqlarda ağrılar
- Əsəbilik, hər şeyə qıcıqlanma
- İştahın olmaması
- Burundan qanaçılma
- Damarların partlaması
- Depressiya
- Əzginlik
- Dırnaq dibinə qansızma

Qidalanmasında ancaq çay, çörək, ət olan, konservləşdirilmiş qidalar yeyən uşaq və böyüklərdə defisit yaradır. Kəskin vitamin C çatışmazlığı çinqa xəstəliyi adlanır.

Müalicə üçün yüksək dozalı vitamin C inyeksiyası edilir və ya təyin edilir. Eləcə də C vitaminli qidalar çox yeyilməlidir. Bunlar kartof, bütün növ kələmlər, sitrus meyvələri, itburnu, giləmeyvələr, bolqar bibəri və s.-dir.