C vitamini orqanizm üçün ən yararlı və lazımlı vitaminlərdən biridir. Gündəlik C vitamini qəbulu ümumi sağlamlıq üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də qış aylarında və mövsüm keçidlərində bu vitaminin əhəmiyyəti daha da artır. İmmuniteti gücləndirmək və xəstəliklərdən qorunmaq üçün C vitamini vacibdir. Lakin hər bir vitamin kimi C vitamininin də həddən artıq qəbulu ciddi problemlərə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, həddindən artıq C vitamini aterosklerozun ağırlaşmasına, böyrək daşlarına və dölün bətndaxili inkişafının pozulmasına gətirib çıxara bilər.
Bu vitaminin çox istehlakı toxumalara zərər verir. Südvermə dövründə ana ilə yanaşı körpəyə də zərərli ola bilər.
Buna görə də C vitaminini yalnız qidalardan almağa çalışmaq daha doğru seçimdir. Qida əlavəsi olaraq həkim tövsiyəsi olmadan C vitamini içmək geri dönüşü olmayan sağlamlıq problemləri ilə nəticələnə bilər.
Aysel