Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Xalq artisti səhhətindən danışdı"Üç gündür ki, çox narahatam”

  • 2017.12.21 15:06
  • 1449 Baxış
 - Xalq artisti səhhətindən danışdı "Üç gündür ki, çox narahatam”
"Xəstəlikdi də, bu da keçib gedər. Zarafat etmək, kiminsə toyuna getmək sağalmaq demək deyil. Bu gün də ağrıkəsicilərlə harasa gedə bilərəm, zarafat edərəm. Üç gündür ki, çox narahatam”. 


Medicina.az xəbər verir ki, bu sözləri "Günə son” verilişinə açıqlamasında xalq artisti Könül Xasiyeva deyib. O, üç gündür ki, ağrılarının çoxaldığını bildirib:


"Dünən də təcili yardım gəldi. Elə bildim infarkt keçirirəm. Dedilər ki, ürəyində heç nə yoxdur, sinir ağrılarıdır. Şükür ki, ürəyimdə bir şey yoxdur. Bir neçə həkimim var. Astmadan da əziyyər çəkirəm. Sabahdan xəstəxanaya yatırılacam. Oynaq ağrıları,belim, qollarım, ayaqlarım, ağrıyır. Güclü baş ağrıları və həyəcan, stress, qorxu var. Üç gündür ki, bunlar artıb.  Heç ağrıkəsicilər çox vurmaq olmaz, kremlər sürtürəm. Bacılarım yanımdadır. Onlar mənə baxır". 


Qeyd edək ki, tanınmış muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir.