Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üç aylıq Mədinə niyə öldü?

  • 2019.04.27 12:28
  • 10521 Baxış
Üç aylıq Mədinə niyə öldü?

 

Dünən 3 aylıq Mədinə Əsgərzadənin ölümü haqqqında məlumat yayılmışdı. Uşağın babası Sərraf Əskərovun ittihamlarına əsasən,  körpənin ölümünə həkimlərin səhlənkarlığı səbəb olub.


Məsələylə bağlı pediatr Vaqif Qareyev "Yeni Sabah”a açıqlamasında bildirib ki, ilkin olaraq problemin kökünü araşdırmaq lazımdır:


"Hər iki tərəfin fikirlərini bilmədən münasibət bildirmək istəməzdim. İlk olaraq uşaqda hansı xəstəlik olduğu müəyyən olunmalıdır. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib, deməli onda nəsə ciddi problem olub. Hər xəstəliyə görə qan köçürülmür, gərək kritik qan azlığı olsun. 


Bəzi ağır hallarda  xəstəni həyatda saxlamağın yeganə çıxış yolu qan köçürməkdir. Bu uşağa isə 6 dəfə qan köçürülüb. Səhv qan köçürülməsi ilə bağlı məlumatlar yayılıb. Bildirim ki, II qan qrupu öz qrupundan və I qrupdan qan ala bilər. Yəni təcili qan köçürmək lazımdırsa və öz qrupu yoxdursa, I qrupdan qan köçürülə bilər. İstənilən qan köçürmədə yüngül, ağır və s. reaksiya ola bilər. Uşaqda "Rubella” virusu olduğunu deyirlər. Bu virus qan köçürməyə ehtiyacı olan vəziyyət yaratmır”.


V.Qarayev bəzən qan qrupunun dəyişməsi ilə bağlı yayılan yanlış fikirlərə də münasibətini bildirib:


"Qeyd edim ki, qan qrupu heç vaxt dəyişə bilməz. Bu insanın qanında tanıtım markeridir. Ömürlük qalan bir şeydir. Çox sadə bir analizdir. Özünə tibb işçisi deyən hər kəs qan qrupunu təyin etmək üçün reaktivlər varsa, onu  təyin etməyi bacarmalıdır. Bəzən deyirlər bir yerdə yoxlatdırmışam başqa qrup, digər yerdə ayrı qrup olub. Kimsə hardasa səhv edir. Çox sadə prosedurdur, orada səhv etmək qeyri-mümkündür. 


Əvvəllər vətəndaş pasportu veriləndə polis şöbələrində bir laboratoriya açmışdılar, orada göz rəngi və qan qrupu müəyyənləşirdi. Əslində, bu düzgün deyildi. İndi ASAN xidmətdə daha dəqiqdir. Onların laboratoriyasına etibar etmək olar”.