Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəyinizə bilmədən necə zərər verirsiniz? - Vacib MƏQAMLAR

  • 2018.04.27 10:15
  • 14236 Baxış
Böyrəyinizə bilmədən necə zərər verirsiniz? - Vacib  MƏQAMLAR

Böyrəklər orqanizmin ən vacib orqanlarından biridir. Böyrəklərin sağlamlığını qorumaq həyati vacib məsələdir.


Bunun üçün isə böyrəklərimizin sağlamlığını poza bilən amilləri bilmək lazımdır.

 

Bəs nələr böyrəyi zədələyir?

 

Medicina.az saglamolun.az-a istinadən vacib məqamları təqdim edir:

1. Pəhrizlər

 

Böyrəklərimiz xaricdən piydən olan kapsul ilə əhatə olunur. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Kəskin şəkildə arıqlamaq böyrəklər üçün zərərlidir. Pəhriz zamanı piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq "lüt” və müdafiəsiz qalır, sallanmağa başlayır.


Pəhrizlər maddələr mübadiləsi proseslərini poza bilər ki, bu da böyrək xəstəliklərinə gətirib çıxara bilər.


2. Susuzlaşma


Susuzlaşma zamanı qan qatılaşır və bu da qanı təmizləyən böyrəklərin işini xeyli çətinləşdirir. Buna əks-göstəriş yoxdursa, gün ərzində təxminən 8 stəkan təmiz su için.


3. Duz


Qidalanmada çoxlu miqdarda duzlu qidaların, duzun olması böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur ki, bu da böyrəkləri zəiflədir, böyrəklərdə daşların əmələ gəlməsininin riskini artırır.


4. Spirtli içkilər


Spirtli içkilər bütün orqanizmi və o cümlədən böyrəkləri zəhərləyir. Həmçinin spirtli içkilər orqanizmin kəskin susuzlaşmasına səbəb olur ki, bu da böyrəklərin sağlamlığı üçün ziyanlıdır.      


5. Hərəkətsizlik


Hərəkətsizlik qan dövranının zəifləməsinə, orqanizmdə durğunluq proseslərinin yaranmasına səbəb olur. Belə şəraitdə böyrək xəstəliklərin və infeksiyaların riski də artır.