Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəyindən çıxan şiş şoka saldı - Dünyada ikinci dəfədir

  • 2017.11.30 12:29
  • 16277 Baxış
Böyrəyindən çıxan şiş şoka saldı -  Dünyada ikinci dəfədir
Xəstənin böyrəyindən çıxan şişin böyüklüyü həkimləri təəccübləndirib.


Medicina.az xəbər verir ki, Türkiyənin Samsun şəhərində yerləşən 19 May xəstəxanasının Tibb Fakültəsi filialında keçirilən əməliyyat zamanı həkimlər xəstənin böyrəyindən 20 sm böyüklüyündə bədxassəli şiş çıxarıblar. Bu isə dünyada baş verən ikinci belə hadisədir.


Uroloq Berkan Raşorlu açıqlamasında bu qədər böyük şişin böyrəkdə olmasına təəccübləndiyini bildirib:


"2015-ci ildə İspaniyada müşahidə edilən bu halın ikinci dəfə təkrarlanması hər kəsdə şok yaratdı. 62 yaşlı kişi qarın və sol yan ağrısı şikayətləri üzrə bizə müraciət edib. Belə bədxassəli şişin böyrəkdə olmasını gözləmirdik. Şiş o qədər böyük idi ki, artıq ətraf damaları sıxmışdı”.