Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəkləri qum və çöküntüdən təmizləyən – Ucuz dərman

  • 2018.03.27 19:21
  • 59235 Baxış
Böyrəkləri qum və çöküntüdən təmizləyən –  Ucuz dərman
Çirkli ətraf mühit, su və qidalanmadan böyrəklərimizə müəyyən müddətdən sonra qum və çöküntü yığılır. Təmizlənmədikdə daşa çevrilir. 

Böyrəkləri qumdan təmizləmək üçün sizə tumsuz kişmiş və yumru istiot lazımdır. 


Deməli, kişmişi iki yerə bölüb, ortasına bir istiot dənəsi qoyub, yeyirik. 


Müalicə sxemi:

I gün: 1 kişmiş

II gün: 2 kişmiş


Beləcə 10-cu günə kimi hər gün kişmişlərin sayını bir ədəd artırırsız. 10-cu gün 10 kişmiş yeyilir. Sonra əksinə hər gün sayı azaltmaqla davam edirsiz. 12-ci gün: 9 üzüm, 13-cü gün – 8. Beləcə 1 üzüm qəbul edənə kimi davam edirsiz. 

Mütləq kişmişi yaxşıca çeynəmək lazımdır. 


Gündə 1 dəfə səhər yeməyindən öncə qəbul edilir. Əgər kişmişləri yeyəndə içindəki istiota görə ağzınız yansa, bir az su ilə içə bilərsiz. 

21 gün davam etdikdən sonra 3 gün sidikqovucu qəbul olunur. 


5 gün fasilədən sonra yenidən 21 günlük kurs təkrarlanır. 

Ildə 2-3 kurs etmək olar. 


Diqqət: ilk günlər sidik tünd və yandırıcı gələ bilər.