Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrəkdə daş olduğunu necə müəyyən etməli? - Reseptlər

  • 2017.12.20 15:20
  • 39431 Baxış
Böyrəkdə daş olduğunu necə müəyyən etməli? -  Reseptlər
Böyrək içdiyimiz içkilərin tərkibindəki zərərli kimyəvi maddələri süzən bir orqandır. Süzgəc rolunu oynadığından böyrəklərdə tez-tez daş əmələ gəlməsi hallarına rast gəlinir. Böyrək problemlərinin başında da "Böyrək daşları” gəlir.


Medicina.az xəbər verir ki, 2 mm-dən 8-10 mm və hətta daha böyük ölçülərə qədər olan bu daşların yaranma səbəbi hələ də tibdə tapılmayıb. Adətən irsi olaraq bilinsə də, əksər insanda böyrək daşı mövcuddur. Yerində hərəkət etmədiyi müddətcə varlığından xəbərdar olmadığımız bu daşlar böyrək aralarında özlərinə yer tapar və zamanla içilən içkilər ilə qidalanaraq böyüyərlər. USİ, tomoqrafiya və sidik analizləri zamanı təsbit edilir. Bəzən ağrı verərək də özlərini biruzə vermələri mümkündür. Belinizdə sağ və sol tərəfli arxa qismə yaxın baş verən ağrı böyrək ağrısının güclü versiyasıdır. Bu zaman həkimə müraciət etmək mütləqdir. Adətən belə ağrılar zamanı şəxsə sistem qoşularaq ağrılar nisbətən azaldıla bilər.


Böyrək daşlarının əlaməti ilkin olaraq ağrı ilə başlayır. Belə ağrı ilə yanaşı kiçik tualet ehtiyacı zamanı yanma, sidikdə qan və ya tünd sarılıq da görülə bilər.

Böyrək daşlarından şəfalı bitkilər vasitəsilə qurtulmaq mümkündür. 8 mm-dən böyük olan daşlar qapalı əməliyyatla da götürülə bilər. Bu zaman bol maye içilməlidir.

 



Bəs bitkilərlə müalicəsi necə aparılır?


Avokado yarpağı  - böyrək daşlarını salır və bu səbəbdən yaranan ağrıların qarşısını alır. Bunun üçün 5-6 yarpağı 10 dəqiqə kimi qaynadın və gündə bir dəfə suyunu için. Ən az 15 gün bu müalicəni davam edin.


İtburnu dəmləməsi – bunun üçün bir ovuc itburnunu suda qaynadın. Hazırlanan çayı gün ərzində için. Ancaq təzyiqi aşağı olanlar üçün çox içmək tövsiyə edilmir.


Qarğıdalı saçağı – özünüz bu saçaqları qurudaraq istifadə etsəniz daha təbii və faydalı olar. Quru qarğıdalı saçaqlarını eyni qaydada dəmləyərək  istifadə edə bilərsiniz.


Qeyd edək ki, ilkin zamanlarda ağrılarınızın artmağı təbii hal hesab edilir.


QEYD: Yuxarıda verilən reseptləri içməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Böyrəkdə daş olduğunu necə müəyyən etməli? - Reseptlər


Şəhanə Quliyeva
Böyrəkdə daş olduğunu necə müəyyən etməli? -  Reseptlər