Böyrək köçürülməsi əməliyyatını CANLI İZLƏDİLƏR

  • 2017.10.02 12:38
  • 13206 Baxış
Böyrək köçürülməsi əməliyyatını  CANLI İZLƏDİLƏR


Canlı böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.

 

Medicina.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində təşkil edilən "Canlı cərrahi ilə böyrək nəqli” iclasına bir çox mütəxəssislər toplanaraq laparoskopik cərrahi üsulla edilən əməliyyatı canlı izləyiblər. Acıbadem Bursa xəstəxanasının Orqan Köçürülmə Mərkəzi, böyrək köçürülməsi sahəsində ən son yenilikləri paylaşmaq üçün belə bir topılantını təşkil etdiklərini bildiriblər. İclasa çox sayda həkim nümayəndələri də qatılıb.

 

Uroloji mütəxəssisi Bülənt Oktay ,orqan bağışlamaq və köçürülməsində səhiyyə nümayəndələrinin rolunun böyük olduğunu bildirib. Bu sahədə baş verən ən son yenilikləri izləməyin həkimlərin gələcək işinə faydalı olacağını deyən Oktay, böyrək çatışmazlığının ən müsir və müalicə üsulunun böyrək köçürülməsi olduğunu vurğulayıb. Bunun üçün də böyrək orqanının tapılmasının zəruri olduğuğunu vurğulayan həkim, insanlara bu barədə tövsiyələr də edib.

 

"Orqanlarımızı çürütməyək, bağışlayaq. Biz bu dünyadan ayrıldıqdan sonra başqalarına ümid olaq” –deyə mütəxəssis bildirib.