Mütəxəssislər hər qidanı, meyvəni mövsümündə yeməyi tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, mövsümündə yeməsi insan orqanizmi üçün vacib olan qidalardan biri də yüksək kalorili olan qarğıdalıdır. Qarğıdalının özü kimi saçaqları da min bir dərdə dəvadır.
Bəs qarğıdalı və saçağının faydaları nədir?
Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir.
Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
Yel ağrılarına yaxşı təsir edir.
Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.