Buzlu su möcüzəvi xüsusiyyətlərə malikdir: sızanaqlardan qoruyacaq, məsamələri daraldacaq və dərini elastik edəcək.
Eləcə də buzlu suyun immuniteti möhkəmləndirdiyi deyilir. Amma həkimlər bunun tərəfdarı deyil.
“Medicina” xəbər verir ki, həkim – dermatoloq Svetlana Çaykinanın sözlərinə görə, Yer üzündəki bütün insanların məsamələri və qara nöqtələri var. Məsamələri daraltmaq üçün buzlu su məsləhəti faydalı deyil.
“Üzünüzü ilıq temperaturda su ilə yumaq daha yaxşıdır.
Soyuq su qısa bir anda bədənin homeostaz (daxili mühitin sabitliyi), səbəbindən məsamələri bir qədər daralda bilər. Lakin bu uzun müddət ərzində daralma effektini saxlamayacaq.
Ümumiyyətlə, məsamələrin ölçüsü genetik olaraq qəbul etdiyiniz dərinin növü ilə müəyyən edilir.
Bu tip dərilər üçün məsamələrin minimum genişliyini düzgün qulluq, dərinin müntəzəm olaraq zərif təmizlənməsi, məsamələri azaldan maskalardan istifadə etmək vacibdir. Peşəkar prosedurlar və epidermisin buynuz təbəqəsinin həddindən artıq böyüməsinin qarşısını almaq üçün xüsusi kosmetik vasitələrdən istifadə etmək, pilinq etmək mümkündür - lazer cilalama və s.məsləhətdir”.
Günay Quliyeva