Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Buynuz qişanın xəstəlikləri

  • 2019.08.08 10:27
  • 5025 Baxış
Buynuz qişanın xəstəlikləri
Keratokonus buynuz qişanın qeyri-iltihabi degenerativ ektaziyasıdır. Ektaziya nəticəsində buynuz qişanın incəlməsi və daha qabarıq olması baş verir ki, bu da miopiya və qeyri-müntəzəm astiqmatizmə səbəb olur. Keratokonus adətən yeniyetmə yaşlarından 20-30 yaşa doğru özünü büruzə verməyə başlayır, lakin xəstəliyin hər bir yaşda başlaması mümkündür. Xəstələr ilk dövrlərdə görmənin tədricən zəifləməsindən, işıq ətrafında rəngli çevrələr, kölgə görüntüsü, işığa həssaslıq, gözdə qıcıqlanmadan şikayət edirlər. Medicina.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən məlumat verilib. Keratokonusun müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Xəstəliyin başlanğıc mərhələsində rigid qaz keçirici kontakt linzaları istifadə olunur. Keratokonus inkişaf etdikcə CCL, CCL+Ring müalicələri tətbiq olunur. CCL (Corneal Cross-Linking) keratokonusun inkişafını dayandırmaq üçün istifadə edilən müalicə üsuludur. Bu zaman riboflavin və ultrabənövşəyi şüalanma ilə buynuz qişa möhkəmləndirilir. Kerarinq – buynuz qişanın stromasına yerləşdirilən şəffaf implantlardır. Bu halqalar buynuz qişanın relyefini düzəldərək, gözə düşən işıq şüalarının düzgün yayılmasını təmin edir. Keratokonusun inkişaf etmiş mərhələsində, buynuz qişanın şəffaflığını itirdiyi halda keratoplastika tətbiq olunur.