Sadəcə suda və ya buxarda, yağsız bişirilmiş yağsız düyü nevroloji sağlamlıq üçün vacibdir.
“Medicina” xəbər verir ki, terapevt Marqarita Koroleva belə düyünün B qrup vitaminlərlə zəngin olduğunu bildirib.
“Buxar düyü qabığını yumşaldan zaman orda olan virtamin, minerallar düyünün daxili hissəsinə keçir. B qrup vitaminləri sinir sisteminin normal funksiyası üçün vacibdir. Əgər bu vitaminlər çatışmasa, nevroloji pozulmalar, el dili ilə desək, nevroz yaranır.
Amma düyünü bişirməzdən əvvəl bir neçə dəfə yuyulmalı və isladılmalıdır. Belə etdikdə, düyüdə olan nişasta azalır, yüksək qlikemik indeksi düşür.
Düyünü mütləq hansısa göyərti və nişastasız tərəvəzlə birgə yemək lazımdırı. Əks təqdirdə qəbizlik əmələ gətirir. Xüsusən yaşlıların, tərəvəzsiz düyü yeməsi zərərlidir.
Yağsız, duzsuz düyü bütün orqanizm və bağıraqlar üçün detoks rolu oynayır”.
Aygün Musayeva