Bizi tanımadan kök hüceyrə qərarı almayın!
"Kök hüceyrə müalicəsi Azərbaycan üçün çox yenidir. Bu müalicəni ilk olaraq biz gətirdik və qurduq. Türkiyədəki mərkəzin Azərbaycandakı filialıdır. Bir iş görmədən öncə onu öyrənmək, təhsilini almaq mütləqdir. Xüsusilə söhbət insan sağlamlığından gedirsə.
Kök hüceyrə müalicəsi etmədən öncə kök hüceyrə nədir? Müalicə mexanizmi necədir? Kök hüceyrə necə hazırlanır? Hansı xəstəiklərdə faydalıdır? Effektivliyi necədir? Reabilitasiya dövrü necədir?… kimi bir çox suallara cavab tapmaq lazımdır.
Biz bu işə başlarkən ən öndə məqsədimiz insanlara öz ölkəmizdə, avropa standardlarına uyğun müalicə sunmaq olmuşdur".
Medicina.az xəbər verir ki, bu fikirləri
həkim-nevroloq, regenerativ tibb mütəxəssisi, kök hüceyrə uzmanı, dr. Sevinc Heydərova bildirib.
Kök hüceyrə ilə bağlı maraqlı sualları cavablayan həkim qeyd edir ki, onların mərkəzinə müraciət edən 10 xəstədən 9-u mütləq sağalır.
Kök hüceyrə nədir?
Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnəön orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir.
Kök hüceyrənin sağaltma mexanizmi necədir?
Kök hüceyrələr orqanizmanızın bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. Kök hüceyrələrin müxtəlif növləri vardır. Ana bətnində dölün ilk inkişafında da kök hüceyrələr mühüm yer tuturlar. Bu hüceyrələr emrionik kök hüceyrələr adlanır, bundan fərqli olaraq orqanizmimizdə somatik kök hüceyrələr də mövcuddurlar.Toxumaya uyğun və ya yetkin kök hüceyrə kimi tanınan somatik hüceyrələrlə yanaşı İPS hüceyrələri kimi tanınan pluripotent kök hüceyrələr də yer alır.
Kök hüceyrə hansı xəstəliklərdə effektivdir?
Kök hüceyrə müalicəsi aşağıdakı xəstəliklərdə effektivdir:
- Artrozlar/artritlər
- Poliartrit
- Diz ağrıları
- Koksartroz
- Bağ zədələnmələri
- Oynaq xəstəlikləri
- Revmatoid artriti
- Menisk zədələnmələri
- Avaskular nekroz
- Zədələnmiş qığırdağın bərpası
- Onurğa xəstəlikləri
- Fəqərəarası disk qabarması/protruziyası/yırtığı
- Onurğa beyin zədələnmələri
- Çiyin ağrıları
- İmpigement sindromu
- Boyun ağrıları
- Bel ağrıları
- Kürək ağrıları
- Bud-çanaq oynağı ağrıları
- 10 yaş cavanlaşma/antiaging/rejuvenation
- Üz cavanlaşma
- Boyun/ Dekolte ve əllərin cavanlaşması
- Yanıq izlərinin müalicəsi
- Çapıqların müalicəsi
- Diabetik ayaq yaraları
- Sağalmayan yaraların müalicəsi
- Dağınıq skleroz müalicəsi
- Uşaq serebral iflic müalicəsi
- İnsultlar
- Bəzi xərçəng növləri
- Saç tökülmənin müalicəsi v.s
Bəs necə anlaya bilərik ki aldığınız kök hüceyrə müalicəsi yararlıdırmı?
1. İlk öncə seçdiyiniz həkimin bu üzrə təhsili olub olmamasına diqqət edin.
2. Kök hüceyrə alması üçün uyğun laboratoriyası varmı?
3. Kök hüceyrəni hansı protokola əsasən alır?
4. İş təcrübəsi necədir?
5. Kök hüceyrə ilə bağlı hər hansı xarici təşkilatlarda fəaliyyəti varmı? Bu işə elmi olaraq yanaşırmı?
6. Pasientlərin rəyləri necədir?
Yeni müalicə olduğundan ölkəmizdə hər gün kök hüceyrə edirik yazıları görə bilir. Lakin bunlar həqiqətdirmi? Təssüf ki, xeyr bu belə deyil. Dünyanın hər yerində olduğu kimi asan “kök hüceyrə” almaq yollarına əl atılır, hansı ki kök hüceyrə deyil alınanlar. Kök hüceyrə müalicəsində alınan kök hüceyrə sayı, hüceyrə canlılığı çox önəmlidir, müalicənin əsasıdır. Yağ almaq onu iki şpris arasından ya da filtrdən keçirərək durulaşdıraraq oynağa, üzə vurmaq kök hüceyrə müalicə deyildir və onun tərkibində kök hüceyrə yoxdur. Və ya yağı sentrifuqadan keçirərək qanlı maye hissəsini tətbiq etmək də kök hüceyrə müalicəsi etmək deyildir. Kök hüceyrə müalicəsi adi poliklinika şəraitində də edilə bilər, bu həkimin seçimidir. Əməliyyatxana şəraiti daha güvənilirdir.
Bütün bunları nəzərə alaraq insanları maarifləndirmək, doğru olmayan müalicədən, aldadılmaqdan uzaq tutmaq da biz mütəxəssislərin üzərinə düşdü.
Bizim kök hüceyrə laboratoriyamızdan alınan kök hüceyrə canlılığı 96%dir. Ona görə də hər 10 xəstəmizdən 9-u sağalır.
Həkimlə əlaqə: 050-309-77-87