Bu gün bədənin üzləşdiyi xəstəliyin, narahatlığın kökü hisslər, psixoloji travmalara dayanır. İnsanın keçirdiyi travmalar psixosomatik xəstəliklərə səbəb olur.
“Medicina” xəbər verir ki, psixoloq Elmir Ələkbərin sözlərinə görə, onkoloji, ürək – qan damar sistemi xəstəlikləri, mədə - bağırsaq sistemi, tənəffüz sistemi xəstəliklərinin arxasında xüsusi bir xarakter tipajı durur.
“Məsələn insan aqressiya, depressiyaya, təşviş, qorxu, həyəcana meyilli olan insanların orqanizmdə müəyyən mediatorlar və hormonlar var ki, tamam başqa cür sintez olunur.
Sadə dillə desək, əgər bir insan ürək xəstəliyindən əziyyət çəkirsə, tibbi baxımından kortizol və digər çatışmazlıqlar əsas götürülsə də, bunların əmələ gəlmə səbəbi insanın ruh halı ilə bağlı olur.
Bu isə bir insanın uşaqlıqdan aldığı zərbələr hesabına yaranan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ona görə xəstəliklərdən qorunmaq və müalicə üçün mütləq psixoloji yardım almaq və psixoloji travmaları işləmək lazımdır”.
Günay Quluzadə