Rusiyada koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi hazırlanıb.
Medicina.az xəbər verir ki, Federal Tibbi-Bioloji Agentliyin Strateji Planlaşdırma Mərkəzi koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi üçün qeydiyyat sənədi alıb.
"Federal Tibbi-Bioloji Agentliyin Strateji Planlaşdırma Mərkəzi SARS-CoV-2 virusunun bioloji materialda (burun və boğazdan götürlən yaxmalarda) keyfiyyətli müəyyən edən “AmpliTest SARS-CoV-2 LAMP” reagent dəsti üçün qeydiyyat sənədini alıb”, - deyə məlumatda qeyd olunub.
Yeni test sistemi Rusiya ərazisində COVİD-19 virusunun bütün ştamlarını müəyyən edir. Bu, koronovirusu müəyyən edən testlər içərisində ən tez müəyyən edən test sistemi hesab olunur.