Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlığından sonra bütün qurumlar səfərbər olunub. Hər biri xəbərdarlıq yayır, hətta bütün təhsil ocaqlarında dərslər 2 günlük dayandırılıb.
Bəs Səhiyyə Nazirliyi gücləndirilmiş rejimə keçəcəkmi?
Nazirlikdən Medicina.az-a verilən məlumata görə, səhiyyə naziri respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.
Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.
Medicina.az