Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bütün mavigözlü insanların əcdadı bir adam olub

  • 2025.01.22 15:03
  • 413 Baxış
Bütün mavigözlü insanların əcdadı bir adam olub

İnsanın göz rəngi bəbəkdə olan melaninin sayından asılıdır, melanin nə qədər çoxdursa, rəng bir o qədər tünddür.


“Medicina” xəbər verir ki, bu piqment təkcə göz yox, saç, dərinin də rənginə cavabdehdir, həm də insanı UVÇ şüalarından qoruyur.

Yer üzündə qəhvəyi və tünd gözlü insanlar çoxdur, bu qədim insanların daha isti ərazilərdə yaşaması və orqanizmin daha çox melanin hasil etməsi ilə əlaqədardır.

Alimlər hesab edir ki, mavi göz insanların daha soyuq yerlərə, Avropaya köçü ilə mutasiya nəticəsində yaranıb.

Kopenhagen universitetinin alimləri mavi gözlü insanların genotipini təhlil edərkən müəyyən edib ki, bütün bu insanları birləşdirən ümumi bir gen var: HERC2. Bu gen gözdə melanin hasilini kəskin azaldır.

Alimlər hətta müəyyən edib ki, bütün mavigözlü insanların əcdadı bir insandır, o, 10 min il əvvəl yaşayıb.


Aygün Musayeva