Ukraynalı pediart Komarovskiy insanların immuniteti möhkəmlətmək üçün dərman axtarib, müxtəlif immunstimulyatorlar içməsini mənasız hesab edir.
Medicina.az xəbər verir ki, immuniteti qaldırmağın yeganə yolu aktiv həyat tərzi və qidalanmadır. Kontrastlı duş, fiziki aktivlik, idman ən güclü dərmandır.
Həkim qeyd edib ki, dünyada elə bir dərman yoxdur ki, immuniteti gücləndirsin.
“Apteklərdə guya immunitet üçün olan bütün dərmanlar fırıldaqdır, fuflomisindir. Onlar savadsız insanların pulunu almaq üçün düşünülmüş biznesdir”.
İmmunitet üçün faydalı qida isə ağartılar, süd məhsullarıdır.