Dünyada koronavirusa yoluxma halları 7 həftəlik azalmadan sonra yenidən artmağa başlayıb.
Medicina.az xəbər verir ki, mayın 7-dən 13-nə qədər təqribən 3,4 milyon yoluxma qeydə alınıb ki, bu da əvvəlki analoji dövr ilə müqayisədə 0,2 milyon daha çoxdur.
Bununla belə, koronavirusdan ölüm halları azalmağa davam edir.
Məlumata görə, Avropada COVID-19-a yoluxma halları ensə də, Asiya və Amerikada artmağa başlayıb. Belə ki, Yaponiyada ötən həftə sutkalıq 40 mindən çox yoluxma halı qeydə alınıb.
Ötən həftə Şimali Koreya ölkədə koronavirusa ilk yoluxma halının aşkar olunduğunu açıqlayıb. “Yonhap” agentliyi ölkənin yerli mediasına istinadən məlumat yayıb ki, Şimali Koreyada artıq 18 mindən çox yoluxma qeydə alınıb, 6 nəfər isə dünyasını dəyişib.