Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bütün COVID-19 xəstələri mütləq KT müayinəsindən keçməlidir? - AÇIQLAMA

  • 2021.09.24 13:21
  • 2797 Baxış
Bütün COVID-19 xəstələri mütləq KT müayinəsindən keçməlidir? -  AÇIQLAMA
COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir.

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə müsahibəsində deyib.



COVID-19 xəstəliyindən şübhələnən hər kəs radioloji müayinədən keçməlidirmi sualını cavablandıran mütəxəssis bildirib ki, COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər:

“Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyasını tələb edirik. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər.

Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq. COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur”.