Türkiyədə 18 yaşlı Özlem Ozalkan gözləri ilə hərfləri seçib cümlələr qurmaqla əsər yazır. Onun artıq ilk kitabı nəşr olunub.
Medicina.az xəbər verir ki, 9 il əvvəl ağır xəstəlik olan BAS – yan amiotrofik skleroz diaqnozu qoyulan Özlümin getdikcə bütün bədəni iflic olur və o yatağa məhkum olur.
Bu xəstəlik nadir rast gəlinir. Bu zaman xəstənin zehni, yaddaşı, bütün əqli qabiliyyəti qalır, bəzi xəstələr danışa bilir, bəziləri isə danışa da bilmir. Cihaza bağlı olaraq yaşayan xəstələrin ömrü uzun da ola bilər.
Özlem ancaq gözləri ilə ünsiyyət qurur, hər şeyi başa düşür, anlayır.
Yatağa məhkum gənc qız ömrünü hədər keçirməmək üçün şeirlər, hekayələr, kitab yazmağa başlayır.
Bunun üçün onun qarşısına hərflər olan xüsusi cihaz lövhə qoyulur və onun gözlərinin hərəkətindən sensor hərfləri seçib, cümlələri qurur.
Artıq o bu metodla bir kitabını yazıb.
Kitabın satışından əldə olunan gəlir yetimlər üçün ucqar yerlərdə su quyularının qazılmasına sərf ediləcək