Xarici əlamətlərdən əzələ ağrısı xərçəngin əlaməti ola bilər.
"Medicina" xəbər verir ki, onkoloq Andrey Vorobyev mialgiyanın xərçəng simptomu olmasından danışıb.
"Şişlər konkret sahədə böyüdükdə qonşuluqdakı əzələ, bağ, sümüklərə lokal basqı və ağrı verə bilər.
Xəstə bədənin müxtəlif sahələrində hər gün davam edən küt ağrı hiss edir.
Məsələn, əzələ ağrıları həm xərçəngdə, həm də onun müalicəsi zamanı xəstələri narahat edir.
Əzələ ağrıları əzələ zəifliyi, qıcolma və depressiya ilə yanaşı gedə bilər.
Bu zaman onlarla xəstəlikdən şübhələnmək olar.
Amma əzələ ağrılarını görməzdən gəlmək olmaz. Əzələ və yumşaq toxumaların sarkoması da ola bilər.
Bəzən orqandakı şiş əzələyə təzyiq edir.
Ağrı xərçəng xəstəliyinin təyinində ən çətin simptomdur. Amma əgər davamlı bir sahədə ağrı varsa, o sahə diqqətlə yoxlanmalıdır. Çünki bəzən sümüklərə metastaz olduqda ağrı verə bilər.
Bu ağrılar küt, nəbzvari, sanki döyünən ağrı kimi hiss edir".
Aygün Musayeva