Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bütün bağırsaqları təmizləyən və arıqladan məhlul

  • 2020.09.04 17:52
  • 2759 Baxış
Bütün bağırsaqları təmizləyən və arıqladan məhlul

Biz bədənin sağlam olması üçün çox səy göstəririk. Lakin balanslaşdırılmış pəhrizlər olmayanda çəkdiyimiz əziyyətlər puça çıxır.

Hər gün məşq edib sağlam həyat tərzi sürə bilərsiniz, bununla belə pəhrizinizin düzgün deyilsə, siz müsbət nəticələr əldə edə bilməcəksiniz. Əgər siz orqanizmin fəaliyyəti üçün zəruri olan qidalı maddələr və vitaminləri qəbul etməsəniz, onda toksinlər xaric olmayacaq, nəticə etibarı ilə sizə çox ziyan vuracaq.

Medicina.az orqanizmin detoksikasiyası üçün sadə reseptlə tanış edir.

Orqanizmin təmizlənməsi prosesi həyati sağlamlıq üçün zəruridir, əgər zəhərli maddələr bədəndə toplanıb qalarsa, siz öz orqanlarınıza ciddi ziyan vurursunuz. Bu resept çəkini aşağı salmağa və bədəni təmizləməyə kömək edəcək.

İnqrediyentlər:

- Tumsuz qara gavalı 150 qram

- Kişmiş 150 qram

- 5 stəkan su

Hazırlanması:

Kişmiş və gavalını təmizləyin, yaxşı yuyun, qazana qoyun, üzərinə 5 stəkan qaynar su tökün, 15 dəqiqə vam odda qaynadın. Oddan götürün və soyumasını gözləyin.

Hər gün acqarına bu dəmləmədən 2-3 xörək qaşığı için. Bu, bütün zəhərli elementlərin bədəndən çıxmasını təmin edir, qəbizlik problemini həll etməyə kömək edir, arıqladır.