Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Büstqaltersiz gəzmək zərərlidir - Həkim

  • 2022.06.09 16:00
  • 2659 Baxış
Büstqaltersiz gəzmək zərərlidir  - Həkim

Qadınlar mütləq gündəlik geyimlərin altından büstqalter və uyğun alt geyimi geyməlidir. Bu, sağlamlıq üçün vacibdir.


Bakupost.az xəbər verir ki, ginekoloq həkim, qadın sağlamlığı üzrə ekspert Boris Lordkipanidze büstqaltersiz gəzməyin zərərlərini açıqlayıb.


“Sinə ölçüsü 2 və daha çox olanlar büstqaltersiz gəzdikdə onurğa sütununa ciddi yük düşür, boyun ağrıyır, kürəkdə, sinədə ağrı ola bilər, süd vəzilərində toxuma dəyişikliyi, ağrılar yarana bilər.


Büstqalter süd vəziləri üçün dəstəkləyici korsetdir, dərisinin elastik, hamar qalmasını təmin edir. Əks təqdirdə süd vəziləri aşağı dartılıb, dərini dartacaq. Onurğa qamət və yeriş pozulur, döş qəfəsində, boyunda ağrı hissi yaranır.


Büstqalterdən imtina süd vəzilərinin sallanmasına, boşalmasına səbəb olur. Süd vəziləri qadına diskomfort yaradır, çünki limfa dövranı pozulub. Yaxşı olar ki, qadınlar təbii pambıqdan olan büstqalterlər seçsin. Sintetik materiallar zərərlidir. Büstqalter sinəni çox sıxmamalıdır. Bu zaman tər və piy vəziləri tutulur, iltihab başlayır. Böyük sinəli qadınlar yatanda da büstqalterdə olmalıdır”.