Gecələri büsqalterlə yatmağın düzgün olub-olmaması bir çox qadını maraqlandırır.
Medicina.az xəbər verir ki, hər gecə büstqalterlə yatmaq bəzi xəstəliklərə səbəb olur.
Yuxuya təsir edir
Xüsusi ilə bədən ölçünüzə uymayan büstqalterlər gecə yatarkən yuxu problemlərinə səbəb ola bilər.
Qan dövranını pozur
Sıx büstqalter geyinirsinizsə, bu yatarkən qan dövranının zəifləməsinə səbəb olur. Büstqalterlər qanın sərbəst hərəkətinə mane olur.
Dəri sağlamlığına təsiri
Gecələr sıx büstqalter taxmaq tər və kirin dərinizə yapışmasına səbəb olur. Bu dərinizə zərər verə bilər, dərini qıcıqlandıra bilər.
Dəri rəngi dəyişər
Büstqalterə görə, dərinin nəfəs ala bilməməsi dəri rənginin dəyişməsinə səbəb olar.
Əgər büstqaltersiz yata bilmirsinizsə, gecə yatmaq üçün xüsusi büstqalter seçməlisiniz. Sizi sıxmaması və tikişsiz olmasına diqqət edin.