Büstqalterli, yoxsa büstqaltersiz? Uzun illərdir bu sual ətrafında çoxlu miflər dolaşır. Bir çox mənbələr bu alt geyimi ilə yatmağın bədənə çox zərərli olduğunu yazır.
Digər tərəfdən 8 saat dayaqsız qalan süd vəzilərinin əzələsi boşalır, forması dəyişir, sallanma yarana bilər.
Medicina.az xəbər verir ki, büstqalterlə yatmağın qadın orqanizminə hər hansı zərəri, mənfi təsiri barədə tibbi, elmi sübut, araşdırma yoxdur.
Amma böyük ölçüdə sinəyə malik qadınların məhz büstqalterlə yatması üçün tövsiyələr var.
“Yuxuda yumşaq və düzgün büstqalter daşımaq yuxu zamanı çevrilərkən süd vəzilərinin hərəkətini məhdudlaşdırır və qadına komfort hissi verir. Amma yuxuda geyinilən büstqalter dəmirsiz, yumşaq olmalı, qan dövranına mane olmamalı, əzələni sıxmamalıdır. Eləcə də implant əməliyyatı etdirən, silikon taxan qadınlar bra geyinə bilər.
Bu implantların uzun müddət normal qalmasını təmin edib ömrünü uzadacaq.
Beləliklə, büstqalterlə yatmağın ürək xəstəliyi və xərçəng riski yaratması barədə elmi əsaslar yoxdur.
Lakin yeniyetməlik və gənclik dönəmində kip və bərk büstqalter taxmaq onların inkişafını azalda və qan dövranını poza bilər. Ona görə bu yaşlarda yatanda büstqalter taxmaq məsləhət deyil.
Medicina.az