Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Büstqalterdən imtina qadınlar üçün təhlükəlidir – Bu fəsada yol açır

  • 2019.10.19 18:55
  • 15728 Baxış
Büstqalterdən imtina qadınlar üçün təhlükəlidir –  Bu fəsada yol açır
Büstqalterdən imtina, tez-tez taxmamaq və ya xoşlamamaq qadın sağlamlığı üçün təhlükəlidir. 


Medicina.az xəbər verir ki, son zamanlar trend halını alan büstqaltersiz həyat, geyimi bu alt geyimsiz geyinmək, küçəyə belə büstqaltersiz getmək yaxşı hal  deyil və qadın bu vacib alt geyimindən tam imtina edə bilməz.


Həkimlər bildirir ki, büstqalteri sud vəzi ölçüsü 0-1 olanlar taxmaya bilər. Qalan ölçülər mütləq taxmalıdır. Çünki süd vəzilərinin ağırlığı onları döş qəfəsinə bağlayan bağları boşaldır, uzadır. 


Bu isə döş qəfəsi orqan toxuma və damarlarında qan dövranını pozur, durğunluq yaradır. 


Qan dövranı pozulmuş süd vəzilərində isə xoş və bədxassəli şişlərin yaranması ehtimalı artır.

Xüsusən iri sinəli qadınlar büstqalteri bacardıqca az halda çıxarmalıdır.