Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Büstqalter qadının döş qəfəsində kist yaratdı, mağazanı məhkəməyə verdi – Kuryoz olay

  • 2019.05.27 17:42
  • 5755 Baxış
Büstqalter qadının döş qəfəsində kist yaratdı, mağazanı məhkəməyə verdi –  Kuryoz olay
15 il eyni markanın büstqalterini istifadə edən 51 yaşlı qadının döş qəfəsinin mərkəzində böyük kist yaranıb.


Həkimlər bildirib ki, bu kist dəri və toxumanın sıx geyimlə, alt paltarı ilə sıxılmasından və nataraz vəziyyətindən yarana bilər.

Medicina.az xəbər verir ki, ingiltərəli Linn Makkonell 2003-cü ildən  çox sıx və dəmirləri olan büstqalter geyinib və qadın iddia edir ki, məhz bu alt geyimi onun döş qəfəsində çökək yaradıb və orda kistə səbəb olub. 


Həkimlər və cərrah büstqalter təsirini inkar etməsələr də, qadınlarda təkcə bu səbəbdən kist yaranmadığını da əsas gətirdiklərindən dəqiq səbəb göstərmir. 


Qadın isə büstqalter aldığı mağazanı günahlandıraraq, ordakı satıcıların ölçü seçməkdə yardım etdiklərini və detalları izah etdiyini əsas gətirir. "Mən dəfələrlə deyirdim ki, bu ölçü məni sıxır, amma onlar deyirdi ki, hər şey normaldır, belə olmalıdır”.


Mağazanın hüquq şöbəsi Linn Makkonelin iddiasını əsassız hesab edir.