Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Buster doza vaksini vurdurmalıyıq" - TƏBİB rəsmisi

  • 2021.11.20 10:55
  • 1717 Baxış
"Buster doza vaksini vurdurmalıyıq" -  TƏBİB rəsmisi
"Pandemiya başlayanda vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi".

Medicna.az -ın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, otən ilin iyun ayından yoluxma daha da artdı, avqustun sonuna qədər belə davam etdi:

"Müharibədən sonra yoluxma sayları artanda biz yenidən qapanmalara getdik. Vaksinasiya başlayandan bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir. Bundan gözəl vaksinasiyanın effektivliyini göstərən nəsə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq".
"Buster doza vaksini vurdurmalıyıq" -  TƏBİB rəsmisi