İnsanlar çox zaman yanlış olaraq düşünür ki, xərçəng yalnız daxili orqanlarda yaranır, göz, burun, dodaq, qulaq, sümük, dəri kimi orqanlar xərçəngə tutulmur, onları yoxlatmaq lazım deyil. Bəlkə də ən geniş yayılmış onkoloji xəstəliklər barədə çox eşitdiklərindən, burunda bədxassəli şiş ola biləcəyi barədə düşünmür.
Medicina.az burun və ciblərinin onko
loji xəstəliklərinin səbəb və əlamətləri barədə araşdırmanı təqdim edir.
Əlamətləri:
-Burun xərçəngi elə sadə, adi simptomlardan başlayır ki, insan sadəcə buna önəm vermir,burnunun tutulduğunu zənn edir.
- Bir müddət tutulmadan sonra burunda irinli axıntı gəlir. Bunu da iltihabi proses, haymoritə yozurlar.
- Burun çəpərinin aşağı hissəsində yaranmış şiş elə ilk mərhələdə burun tıxanması, tutulması verir. Yuxarı şöbələrdə yaranmış şiş zamanı isə şiş artıq böyük ölçüyə çatdıqda, burun tutulur.
- Qanaxma, xüsusən səhər və axşam aktivləşir. Yuxarı hissədə şişin proqressiv inkişafı qanaxmaya səbəb olur. İlkin mərhələdə bu çox az və nadir halda olur. Amma əgər burundan qan çox gəlirsə, al qırmızı rəngdədirsə, bu adi burun qanaması deyil
-Qulağın irinli iltihabı – yanaşı əlamətidir.
-Bir çox xəstələrdə erkən mərhələdə nevroloji xarakterli ağrılar olur: üzdə ağrılar, miqrenə bənzər tutmalar, başda, burunun üst hissəsində ağırlıq. Xəstə səhvən nevroloq yanına gedərək, baş ağrısından müalicə olunur.
Şişin ölçüsü müxtəlif ola bilər. Çox zaman geniş kötüyü, nahamar səthi olur. Şiş selikli qişa və genişlənmiş damarlarla örtülür.
Rəngi al qırmızı rəngdən boz-ağ rəngə kimi dəyişir.
Poliplə səhv salınır
Bəzən xarici quruluşuna görə irinli polipi xatırladır. Ona görə LOR həkim sadəcə müayinə ilə onu ayırd edə bilməz. Histoloji analiz və biopsiya mütləqdir.
Şiş böyüdükcə burundan kənara çıxa bilir və burunda dəyişiklik yaradır. Bəzən isə burun dəliklərindən çölə törəmə çıxır.
Burunda və üzdə deformasiya, assimmetriya hiss olunur.
Əgər şiş əks istiqamətə, daxildə içəri doğru böyüyürsə, qulaq və gözdə təzyiq yaradaraq, onun funksiyasını pozur.
Müalicəsi.
Erkən mərhələdə kombinəolunmuş taktika seçilir: əvvəlcə şiş kəsilib xariv edilir, sonra şüa terapiyası aparılır.
Əgər metastazlar varsa, limfalar zədələnibsə, onların da kəsilməsi vacibdir.
Əgər şiş kəllə və çənəyə doğru yayılıbsa, onu tam xaric etmək mümkün olmayacaq. Bu zaman şüa və kimya terapiyası aparılır.
Şiş xaric olunduqdan, müalicə effekt verdikdən sonra, kosmetik qüsurları plastik cərrahlar aradan qaldıra bilər.
Diqqət: burun xərçənginə daha çox 40-50 yaş kişilərdə rast gəlinir. Burnunda polip olanlar risk qrupundadır.
Onlar daim LOR nəzarətində olmalı, polipləri mümkün qədər tez aradan götürməli, müvafiq müalicə almalıdırlar.
Mende qızartı olub stresden
Mənim burnumun üçü şiş əmələ gəlib və hər ğun böyüyür xahiş edirəm kömək edin