Burunda poliplər burun patologiyaları içində ən geniş yayılanıdır. Uşaqlarda, gənclərdə, kişilərdə xüsusən çox rast gəlinir. Poliplər burunun selikli qişalarında ciddi problemlərə səbəb olur.
“Medicina”ya açıqlamasında məşhur otolorinqoloq, rinoplastik cərrah Məzahir Quliyev burundaxili poliplərin yaranma səbəbləri və həlli yolunu açıqlayıb.
“Burun boşluğunda olan poliplər xoşxassəli törəmələrdir. Görünüşünə görə normal selikli qişadan fərqlənir, poliplər üzüm salxımına bənzəyir və açıq rəngdə olur.
Poliplərin yaranma səbəbləri müxtəlifdir. Allergiya və digər səbəblərdən yarana bilər. Əgər polip burunla tənəffüsə mane olursa, endoskopik sinus cərrahiyyəsi (FESS) ilə xaric olunur.
Bəzi xırda, kiçik poliplər müalicəyə tabe olur, lakin böyük ölçülü poliplər əməliyyat edilir.
Günümüzdə əvvəlki metodlarla əməliyyat edilmir. Çünki əvvəlki metod riskli idi, qanama çox olurdu, polip kökündən götürülmürdü, buna görə yenidən əmələgəlmə ehtimalı daha çox olurdu.
İndi polip əməliyyatları yeni cihazlar, ləvazimatlar və müasir texnologiyalarla qısa mütdətdə həyata keçirilir. Tampon qoyulmur və ağrısız olur”.
Ətraflı videoda:
Aygün Musayeva